13 
Iyl
2026
14:06
204

Gürcüstanda hava dəyişəcək

14-16 iyul tarixlərində Gürcüstanda yüksək temperatur fonunda hava qeyri-sabit olacaq. Ölkənin bəzi bölgələrində qısamüddətli yağış, şimşək, dolu və küləyin güclənəcəyi gözlənilir.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.

Sinoptiklərin proqnozuna əsasən, Tbilisidə axşam saatlarında qısamüddətli yağış, şimşək və güclü külək gözlənilir. Havanın temperaturu gündüz +31...+33°C olacaq.

Qara dəniz sahili rayonlarında (Batumi, Kobuleti, Anaklia, Poti) arabir qısamüddətli yağış və şimşək gözlənilir. Temperatur +27...+29°C təşkil edəcək.

Qərbi Gürcüstanın aran rayonlarında (Zestafoni, Kutaisi, Samtredia, Zuqdidi, Martvili, Ozurqeti) də qısamüddətli yağış və şimşək proqnozlaşdırılır. Temperatur +28...+30°C olacaq.

Qərbi Gürcüstanın dağlıq ərazilərində (Ambrolauri, Oni, Tsageri, Şovi, Çiatura, Saçxere, Xulo, Rikoti aşırımı) arabir yağış və şimşək gözlənilir. Temperatur +26...+28°C olacaq.

Qərbi Gürcüstanın yüksək dağlıq ərazilərində (Mestia, Baxmaro) qısamüddətli yağış və şimşək gözlənilir. Temperatur +25...+27°C olacaq.

Kvemo Kartli bölgəsində (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Tsxinvali) bəzi yerlərdə qısamüddətli yağış və şimşək, həmçinin dolu və güclü külək ehtimalı var. Temperatur gündüz +32...+34°C olacaq.

Kaxeti bölgəsində (Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Kvareli, Axmeta, Dedoplistskaro) bəzi yerlərdə qısamüddətli yağış və şimşək, dolu və küləyin güclənməsi gözlənilir. Temperatur +32...+34°C olacaq.

Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axaltsixe, Borjomi, Duşeti, Tianeti, Pasanauri) bəzi yerlərdə qısamüddətli yağış, şimşək, dolu və güclü külək ehtimalı var. Temperatur +27...+29°C təşkil edəcək.

Şərqi Gürcüstanın yüksək dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo) da bəzi yerlərdə qısamüddətli yağış, şimşək, dolu və küləyin güclənəcəyi gözlənilir. Havanın temperaturu +22...+24°C olacaq.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər