30 
Iyn
2026
17:21
85

Mixeil Kavelaşvili Ayətullah Əli Xameneinin dəfn mərasimində iştirak edəcək

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili İranda Ayətullah Əli Xameneinin dəfn mərasimində iştirak edəcək.

InterPress.ge xəbər verir ki, bu barədə Prezident Administrasiyası "İnterpressnews" agentliyinə məlumat verib.

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili region ölkələrinin, o cümlədən Türkiyə, Azərbaycan, Ermənistan və digər ölkələrin liderləri ilə birlikdə İranda Ayətullah Əli Xameneinin dəfn mərasimində iştirak edəcək”, – deyə Prezident Administrasiyasından bildirilib.

Qeyd edək ki, İranın WANA News informasiya agentliyinin yaydığı məlumata əsasən, təsdiqlənmiş qrafikə uyğun olaraq mərhum liderin cənazəsi Tehranda və Qum şəhərində keçiriləcək mərasimlərdən sonra İraqın dörd şəhərinə aparılacaq, daha sonra yenidən İrana qaytarılaraq Məşhəd şəhərində dəfn olunacaq.

Rəsmi proqrama əsasən, ictimai vida mərasimi iyulun 4-də səhər saat 06:00-da Tehrandakı İmam Xomeyni Müsəllasında başlayacaq və iyulun 5-i saat 20:00-dək davam edəcək. Dəfn namazı iyulun 5-i səhər qılınacaq. Tehran, Qum və İraqda keçiriləcək mərasimlərdən sonra Ayətullah Əli Xamenei iyulun 9-da, cümə axşamı Məşhəd şəhərində torpağa tapşırılacaq.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər