30 
Iyn
2026
11:36
64

İrakli Kobaxidze: Agentura daxilində qarşıdurma nə qədər çox olarsa, ölkənin demokratik sisteminin inkişafı üçün bir o qədər yaxşıdır

Agentura nə qədər çox parçalanarsa və onun daxilində qarşıdurmalar nə qədər artsa, bu, ölkəmizin demokratik sisteminin inkişafı üçün bir o qədər faydalı olacaq”.

InterPress.ge xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Qazaxıstanda gürcü jurnalistlərə açıqlamasında bildirib.

Baş nazirin sözlərinə görə, hazırda “agentura” daxilində rəqabət gedir və onlar özlərini daha çox xarici himayədarlarına bəyəndirməyə çalışırlar.

“Bizim üçün əsas məsələ ölkənin inkişafıdır və bütün diqqətimizi buna yönəltmişik. Agentura nə qədər çox parçalanarsa, onun daxilində nə qədər çox qarşıdurma yaranarsa, bu, demokratik sistemimizin inkişafı üçün bir o qədər yaxşı olacaq.

Əslində, onların daxilində rəqabət gedir. Onlar özlərini himayədarlarına daha çox bəyəndirməyə çalışırlar və bu qarşıdurmanın əsas səbəbi də məhz budur”, – deyə Kobaxidze bildirib.

Baş nazir, həmçinin nifrət nitqinə qarşı mübarizə idarəsinin fəaliyyəti ilə bağlı suala da cavab verib. O bildirib ki, illər boyu xarici maliyyə hesabına Gürcüstanda nifrət və aqressiya təşviq olunub və bu prosesə son qoyulmalıdır.

“Bu proses ölkəmizdə və cəmiyyətimizdə sağlam münasibətlərin formalaşması baxımından son dərəcə vacibdir.

Bildiyiniz kimi, uzun illər ərzində, ilk növbədə xarici maliyyə hesabına, bizə nifrət və aqressiya təlqin olunurdu. Bu isə sona çatmalıdır. Bu hal Gürcü mədəniyyəti üçün qəbuledilməzdir. Buna görə də süni şəkildə cəmiyyətə yeridilən nifrət və aqressiyanın aradan qaldırılması üçün hər şey edilməlidir.

Bu baxımdan, həmin idarənin fəaliyyəti xüsusi əhəmiyyət daşıyır və gələcəkdə də onun işinə xüsusi diqqət yetiriləcək”, – deyə İrakli Kobaxidze qeyd edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər