30 
Iyn
2026
12:00
85

Rusiyada yeni qayda qüvvəyə minib: Gürcüstan və MDB ölkələrindən olan yük maşını sürücüləri 180 günədək ölkədə qala biləcəklər

Rusiyada qüvvəyə minən yeni qərara əsasən, Gürcüstan və MDB ölkələrindən olan yük avtomobili sürücüləri artıq Rusiya ərazisində 180 günədək qala biləcəklər.

InterPress.ge xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

Məlumata görə, Rusiyaya daxil olmaq və ölkə ərazisində 180 gün qalmaq istəyən Gürcüstan və MDB ölkələrindən olan yük maşını sürücüləri müvafiq elektron ərizə təqdim etməlidirlər.

Elektron müraciətdə Rusiyaya giriş və ölkədə qalma səbəbi, həmçinin pasportun və peşə fəaliyyətini təsdiq edən sənədlərin surətləri göstərilməlidir.

Qeyd edək ki, Gürcüstan və MDB ölkələrindən olan yük avtomobili sürücülərinin Rusiyada müvəqqəti qalma müddətinin 180 günədək uzadılması barədə qərar Rusiya Baş naziri Mixail Mişustin tərəfindən 27 aprel tarixində imzalanıb.

Sözügedən qərar 30 iyun tarixindən etibarən qüvvəyə minib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər