Gürcüstanın əhalisi 3,9 milyonu ötüb – Son 10 ildə ən çox əhali bu bələdiyyələrdə azalıb
2024-cü ilin vəziyyətinə görə, Gürcüstanın əhalisinin sayı 3 929 581 nəfər təşkil edib. Bu göstərici 2014-cü ilin məlumatları ilə müqayisədə 5,8% və ya 215 777 nəfər çoxdur.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidmətinin (Sakstat) hesabatında qeyd olunub.
Məlumata görə, 2024-cü ilin vəziyyətinə əsasən şəhər əhalisinin sayı 2 455 444 nəfər (62,5%), kənd əhalisinin sayı isə 1 474 137 nəfər (37,5%) təşkil edib.
Hesabatda bildirilir ki, şəhər yaşayış məntəqələrində əhalinin sayı 15,7% (332 821 nəfər) artıb, kənd əhalisi isə 7,4% (117 044 nəfər) azalıb.
Nəticədə, 2014-cü ilin siyahıyaalınması ilə müqayisədə şəhər-kənd bölgüsündə ciddi dəyişiklik baş verib. Şəhər əhalisinin ümumi əhali içərisində payı 5,3 faiz bəndi artaraq 62,5%-ə çatıb.
Bundan əvvəl InterPress.ge Gürcüstanda əhalisinin sayı ən çox olan şəhər və kəndlər, eləcə də 10 və ya daha az sakini olan kəndlər barədə məlumat vermişdi. Qeyd olunur ki, hazırda ölkədə belə kəndlərin sayı 278-dir, halbuki 2014-cü ildə bu rəqəm 255 idi. Eyni zamanda, 2024-cü ilin məlumatına əsasən, Gürcüstanda 200 kənd tamamilə yaşayışsız hesab olunur.
2014-2024-cü illər arasında əhalisi ən çox azalan 10 bələdiyyə isə bunlardır:
-
Xulo – 29,9%
-
Şuaxevi – 26,2%
-
Tsageri – 18,2%
-
Tsxaltubo – 15,1%
-
Tkibuli – 14,9%
-
Lançxuti – 14,5%
-
Xaraqauli – 13,7%
-
Tsalenjixa – 13,6%
-
Vani – 13,5%
-
Abaşa – 13,3%


