26 
Iyn
2026
10:47
62

Rusiya Ermənistandan balıq məhsullarının idxalına qoyulan məhdudiyyətləri genişləndirib

Rusiya Ermənistandan balıq məhsullarının idxalına tətbiq etdiyi məhdudiyyətləri genişləndirib və daha iki erməni şirkətinin məhsullarının sertifikatlaşdırılmasını, əvvəllər aşkarlanmış pozuntular aradan qaldırılanadək müvəqqəti dayandırıb.

InterPress.ge xəbər verir ki, bu barədə Rusiya mətbuatı Baytarlıq və Fitosanitar Nəzarət Federal Xidmətinə ("Rosselxoznadzor") istinadən məlumat yayıb.

Bu qərar Ermənistandan Rusiyaya bütün növ balıq və balıq məhsullarının tədarükünün dayandırılması deməkdir.

Qurumun açıqlamasında bildirilir ki, "Rosselxoznadzor" daha əvvəl erməni tərəfdən yoxlamalarda birbaşa iştirak edən "MF Export" MMC"İnvest Plyus" MMC istisna olmaqla, bütün balıq məhsullarının sertifikatlaşdırılmasının müvəqqəti dayandırılmasını tələb edib. Həmin şirkətlər üçün isə gücləndirilmiş laboratoriya nəzarəti rejimi tətbiq olunub.

“Daha sonra materialların təhlilindən sonra ilkin hesabat hazırlanıb və aşkar edilmiş pozuntular aradan qaldırılana və müvafiq təsdiqləyici sənədlər təqdim olunana qədər bu şirkətlərin məhsullarının sertifikatlaşdırılmasının müvəqqəti dayandırılması barədə qərar qəbul edilib”, – deyə "Rosselxoznadzor"dan bildirilib.

Qurumun məlumatına görə, Rusiya bazarına ixrac olunan balıq və balıq məhsullarının təhlükəsizliyini təmin etmək məqsədilə erməni tərəfi ilə əməkdaşlıq davam etdirilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər