Putin Ukrayna vətəndaşları üçün Rusiya vətəndaşlığı alma qaydalarını sadələşdirdi
Rusiya Prezidenti Vladimir Putin yeni fərman imzalayıb. Fərmana əsasən, 1 yanvar 2028-ci il tarixinədək Rusiyaya gələn Ukrayna vətəndaşlarından Rusiya vətəndaşlığı almaq üçün müraciət zamanı məhkumluq barədə arayış tələb olunmayacaq.
Sənədə görə, Ukrayna vətəndaşları, eləcə də Ukrayna ərazisində daimi yaşayan və Rusiyaya, o cümlədən üçüncü ölkələr vasitəsilə köçən vətəndaşlığı olmayan şəxslər vətəndaşlıq üçün müraciət edərkən məhkumluğun olub-olmaması barədə sənəd təqdim etmək öhdəliyindən azad ediləcəklər.
Qüvvədə olan qaydalara əsasən, Rusiya vətəndaşlığı almaq istəyən şəxslər əvvəllər məhkum olunmadıqlarını və ya barələrində çıxarılmış ittiham hökmü ilə bağlı məlumatları təqdim etməli idilər.
Yeni fərman bu tələbi Ukraynadan gələn şəxslər üçün 2028-ci ilin əvvəlinədək aradan qaldırır.


