Gürcüstanda Qurban bayramı qeyd olunur
Mayın 27-30-da bütün müsəlman aləmi ən böyük dini bayramlardan biri olan Qurban bayramını qeyd edir.
InterPress.ge xəbər verir ki, bu barədə Din Məsələləri üzrə Dövlət Agentliyi məlumat yayıb.
Məlumata görə, bu dövrdə möminlərin əsas dini vəzifələrindən biri Allaha sevgi və itaəti ifadə etmək məqsədilə qurban kəsməkdir.
Qurumun bildirdiyinə əsasən, bayram 3-4 gün davam edir.
“Müsəlman ənənəsində bu bayram insanı Allaha yaxınlaşdırır, heyvanın ritual şəkildə qurban kəsilməsi isə Allaha mənəvi yönəlişi ifadə edir. Qurban əti kasıb və ehtiyacı olan insanlara paylanılır.
Bayram zamanı müsəlmanlar tam qüsl alır, bayram geyimləri geyinirlər. Məscidlərdə bayram namazı qılınır, daha sonra xütbə oxunur. Müsəlmanlar bayram süfrəsi hazırlayır, yaxınlarını qonaq edir, qohumlarını ziyarət edir və dünyasını dəyişənlərin məzarlarını ziyarət edirlər.
Qurban bayramı İslamın əsas ibadətlərindən biri olan Həcc ziyarətinin Məkkədə tamamlanmasının simvoludur”, – deyə məlumatda bildirilir.
Din Məsələləri üzrə Dövlət Agentliyi bütün müsəlmanları Qurban bayramı münasibətilə təbrik edib, onlara sülh və xeyir-dua arzulayıb.


