Marneulidə Gürcüstan və Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş şahmat turniri keçirilib
Marneulidə 26 may 2026-cı il tarixində Tea House-da Gürcüstan və Azərbaycanın Müstəqillik günlərinə həsr olunmuş ənənəvi şahmat turniri keçirildi.
InterPress.ge xəbər verir ki, turnirdə "Tea House", "SARAL İnkişaf və Təhsil Mərkəzi" və "OXU Təhsil Mərkəzi"nin şahmat kursu üzvlərindən ibarət 40 nəfər uşaq və yeniyetmə iştirak etdilər. 7 turdan ibarət olan turnir U12 və U16 yaş kateqoriyasında isveçrə sistemi üzrə keçirildi. Yarış aşağıdakı nəticələrlə yekunlaşdı:
U12
I yer: Timur Kələyev 7 bal (Tea House)
II yer: Ümid Əliyev 6 bal (OXU Təhsil Mərkəzi)
III yer: Rafael Bayramov 5 bal (Tea House)
U16
Əli Aslanov 6,5 bal (OXU Təhsil Mərkəzi)
İmdat Ələkbərov 5,5 bal (OXU Təhsil Mərkəzi)
Ayhan Əsgərov 5 bal (Tea House)
Turnirdə qızlar arasında ən yaxşı nəticəni 3,5 balla Mədinə Mahmudlu qöstərib (Tea House)
Yekunda qaliblərə diplom, medal, kubok və hədiyyələr təqdim olunub.
Layihə SOCAR-ın Gürcüstan Nümayəndəliyinin dəstəyi və "İnkişaf və Təhsil Mərkəzi"nin təşkilatçılığı ilə həyata keçirilib.
Yarış, gənc şahmatçılar Qasım Əliyev, Emil Allahverdiyev və Tacir Allahverdiyevin rəhbərliyi altında keçirilib.








