Nino Poçxua: Müasir dövrümüzün üç tarixi siması – Merab Kostava, Zviad Qamsaxurdia və Bidzina İvanişvili
Ekspert Nino Poçxua sosial şəbəkədə TV İmedi tərəfindən yayımlanan paylaşımı şərh edib.
Fotoda Gürcüstan üçün üç tarixi şəxsiyyət – Merab Kostava, Zviad Qamsaxurdia və Bidzina İvanişvili əks olunub.
Nino Poçxuanın sözlərinə görə, Gürcüstanın müstəqilliyini itirmək təhlükəsi yarandığı zaman ölkə tarixində Bidzina İvanişvili meydana çıxdı və onun olmasaydı, bu gün ölkənin hansı vəziyyətdə olacağını təsəvvür etmək belə qorxuludur.
“Bəli, bunlar müasir dövrümüzün üç tarixi simasıdır və onların Gürcüstanın müstəqilliyi, suverenliyinin əldə olunması və qorunmasında böyük rolu var. Zviad və Merab müstəqilliyin əldə olunmasının başlanğıcında dayanırdılar və müstəqillik aktını da imzaladılar.
O vaxtdan çox zaman keçdi və müstəqilliyin itirilməsi təhlükəsi yarandı. Əgər Bidzina İvanişvili olmasaydı, bu gün harada olacağımızı düşünmək belə məni dəhşətə gətirir.
Sizi bugünkü gün münasibətilə təbrik edirəm!
Tanrı Vətənimizi qorusun!” – deyə Nino Poçxua yazıb.


