12 
Nybr
2025
12:20
202

Parlamentdə jurnalistlərin akkreditasiyası qaydalarına dəyişiklik edildi

Gürcüstan parlamentində jurnalistlərin akkreditasiyası qaydalarına dəyişiklik və əlavələr edilib. 

InterPress.ge xəbər verir ki, məlumatı parlamentin mətbuat xidməti yayıb.

Bildirilib ki, dəyişikliklər əsasən parlamentdə akkreditə olunmuş jurnalistlərin sayına və birdəfəlik xüsusi akkreditasiyanın verilmə qaydasına aiddir.

Yeni qaydalara əsasən, ictimai televiziya və ümummilli efirə çıxışı olan telekanallar üçün operator qruplarının sayı artırılıb. Əvvəllər parlamentdə 10 çəkiliş qrupunu təmin etmək üçün tələb olunan sayda jurnalist akkreditasiyadan keçə bilirdisə, indi bu rəqəm 15 qrupun təmininə qədər artırılıb.

Sözügedən dəyişiklik əmrin rəsmi qaydada dərc olunduğu gündən qüvvəyə minir.

Bundan başqa, birdəfəlik xüsusi akkreditasiyanın verilməsi qaydası və şərtləri dəqiqləşdirilib və bu norma 2026-cı il yanvarın 1-dən qüvvəyə minəcək.

Yeni qaydalarla birlikdə sənədə iki əlavə əlavələr (forma) daxil edilib:

• N1 əlavə — parlament jurnalisti akkreditasiyası üçün müraciət forması,

• N2 əlavə — birdəfəlik xüsusi akkreditasiyanın alınması üçün müraciət forması.

Parlamentin açıqlamasında qeyd olunur ki, bu dəyişikliklər akkreditasiyanın dayandırılması və ya vaxtından əvvəl ləğvi ilə bağlı qaydalara təsir etmir.

Bundan əlavə, bildirilib ki, 2026-cı il üçün parlament jurnalisti akkreditasiyası ilə bağlı müraciətlər 2025-ci il 1–15 dekabr tarixləri arasında qəbul olunacaq.

Bizimlə əlaqə saxlayın