20 
Avq
2026
22:13
159

Rusiya Gömrük Xidməti Larsda sərnişin axınının artmasının səbəbini açıqlayıb

Yuxarı Lars sərhəd-keçid məntəqəsində sərnişin axınının rekord həddə çatmasının səbəbi açıqlanıb.

InterPress.ge xəbər verir ki, Rusiya Federal Gömrük Xidməti sərhəd-keçid məntəqəsində müşahidə olunan yüksək sərnişin axınının əsasən məzuniyyət mövsümünün başa çatması ilə əlaqəli olduğunu bildirib.

“Hazırda sərnişinlərin böyük axını məhz Rusiya Federasiyasına giriş istiqamətində müşahidə olunur. Bu, məzuniyyət mövsümünün başa çatması və vətəndaşların istirahətdən sonra kütləvi şəkildə geri qayıtması ilə bağlıdır.

Bununla yanaşı, Rusiya Federasiyasından çıxış istiqamətində də intensiv hərəkət davam edir. Bu isə turizm mövsümünün hələ davam etməsi ilə əlaqədardır”, – deyə Rusiya Federal Gömrük Xidmətinin açıqlamasında bildirilib.

Bizimlə əlaqə saxlayın