22 
Okt
2026
15:50
195

Rusiya ilə ABŞ arasında “dizel sazişi” oktyabrın 23-dən qüvvəyə minəcək

Rusiya ilə ABŞ arasında dizel yanacağının tədarükü ilə bağlı əldə olunan razılaşmanın icrasına oktyabrın 23-dən başlanılacaq. Bunu Rusiya prezidentinin nümayəndəsi Kirill Dmitriyev bildirib.

InterPress.ge xəbər verir ki, Dmitriyev bu barədə açıqlamasında “Dizel sazişinin icrası faktiki olaraq sabahdan başlayacaq”, – deyə bildirib.

Onun sözlərinə görə, bəzi avropalı həmkarlarının müqavimətinə baxmayaraq, Moskva ilə Vaşinqton arasında əməkdaşlıq davam edəcək. Dmitriyev qeyd edib ki, həmin avropalılar ABŞ-dən daha çox Rusiya enerji resursları alırlar.

“Biz, həmçinin süni intellekt məlumat mərkəzlərinin yaradılması da daxil olmaqla, digər enerji və texnologiya layihələri barədə fəal dialoq aparırıq”, – deyə Dmitriyev bildirib.

Məlumat üçün bildirək ki, oktyabrın 9-da ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə Amerika və dünya bazarlarına Rusiya dizel yanacağının tədarükü barədə razılığa gəldiyini açıqlayıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər