28 
Okt
2025
14:04
231

Advokat: “Levan Xabeyişvilinin həbsdə saxlanılması siyasi qərardır”

“Vahid Milli Hərəkat”ın siyasi şurasının sədri, hazırda təqsirləndirilən şəxs kimi saxlanılan Levan Xabeyişvilinin vəkili Giorgi Kondaxişvili bildirib ki, məhkəmənin onu mütləq həbsdə saxlamaq qərarı siyasi motivlidir.

InterPress.ge xəbər verir ki, bu baərəd o, mediaya açıqlamasında bildirib.

Advokatın sözlərinə görə, məhkəmə qərarında heç bir əsaslandırma təqdim etmədən Xabeyişvilinin həbs müddəti uzadılıb:
“Prokurorluq iddia edir ki, hələ yetərli sübut toplanmayıb və əsas məhkəmə baxışı başlaya bilməz. Onlar Levanın müsahibələrinə səs ekspertizası aparırlar ki, sanki bu, Levanın səsidir ya yox – bu, gülüncdür. Telefon məlumatlarının çıxarılması barədə də danışırlar. Siyasi məqsədyönlülük açıq görünür.”

Kondaxişvili bildirib ki, eyni məhkəmə bir neçə gün əvvəl daha ağır ittihamla — çirkli pulların yuyulması ilə bağlı saxlanılan və yüksək nüfuza malik keçmiş vəzifəli şəxsə girov tətbiqini yetərli saymışdı:
“Bu gün isə hakim iddia edir ki, Xabeyişvili həbsdən buraxılsa, qaça bilər və ya yeni cinayət törədə bilər. Aydın görünür ki, məsələ siyasidir. Həbs qərarı qanunsuzdur. Siyasi tapşırıq necədirsə, məhkəmə və prokurorluq da elə qərar verir.”

Levan Xabeyişviliyə iki maddə üzrə ittiham irəli sürülüb:

  • Gürcüstan CM-nin 339-cu maddəsinin 2-ci hissəsi – vəzifəli şəxsi rüşvətlə qanunsuz hərəkət etməyə sövq etməyə cəhd

  • Gürcüstan CM-nin 317-ci maddəsi – dövlət hakimiyyətinin zorla devrilməsi çağırışları

Vəkil məhkəmənin qərarının hüquqi deyil, siyasi olduğunu vurğulayıb və müdafiə tərəfinin prosesin gələcək mərhələlərində bütün hüquqi vasitələrdən istifadə edəcəyini bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər