20 
Okt
2025
18:46
294

Kaya Kallas: “Gürcüstanda hüququn aliliyi və insan haqları vəziyyəti pisləşməkdə davam edir, səfirlərə qarşı hücumlar qəbuledilməzdir”

"Nazirlər Gürcüstandakı hüququn aliliyi və insan haqları vəziyyətinin pisləşməsi ilə bağlı açıq və qəti mövqelərini ifadə ediblər."

InterPress.ge xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Lüksemburqda keçirilən Aİ Xarici İşlər Şurasının iclasından sonra bəyan edib.

“Nazirlər Gürcüstanda hüququn aliliyi və insan hüquqlarının vəziyyətinin getdikcə pisləşdiyini açıq şəkildə qeyd etdilər. Avropa səfirlərinə qarşı şəxsi hücumlar qəbuledilməzdir və diplomatiyada belə hallara yer yoxdur,” – deyə Kallas bildirib.

Onun sözlərinə görə, Avropa Komissiyası bu ilin sonunadək vizasız rejimin dayandırılması mexanizmi ilə bağlı hesabat təqdim edəcək.

“Noyabrda qüvvəyə minəcək yeni viza qaydaları bizə bəzi qruplar üçün vizasız rejimi ləğv etməyə imkan verəcək,” – deyə o əlavə edib.

Kallas həmçinin qeyd edib ki, bu gün Qara dəniz regionu və Mərkəzi Asiya ölkələrinin nazirləri ilə görüş keçirəcək:

“Rusiyanın hibrid hücumları hamımıza təsir edir. Qara dənizdə təhlükəsizliyin gücləndirilməsi üçün kollektiv səylərin göstərilməsi vacibdir,” – deyə Kaya Kallas vurğulayıb.

Bizimlə əlaqə saxlayın