18 
Avq
2025
11:42
231

ABŞ-dan Gürcüstana birbaşa xarici investisiyalar 61,7% azalıb

2024-cü ildə ABŞ-dan Gürcüstana yönəldilən birbaşa xarici investisiyalar 61,7% azalıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Statistika Xidmətinin dəqiqləşdirilmiş məlumatında qeyd olunur. 

Rəsmi rəqəmlərə əsasən, ötən il ABŞ-dan yatırımların həcmi 71,3 milyon dollar təşkil edib. Müqayisə üçün, 2023-cü ildə bu göstərici 186,2 milyon dollar idi.

ABŞ Gürcüstanın əsas investor ölkələri siyahısında dörd pillə geriləyib. 2023-cü ildə ABŞ üçüncü ən iri investor ölkə idisə, 2024-cü ildə ilk onluqda yalnız 7-ci yeri tutub.

Ümumilikdə, 2024-cü ildə Gürcüstana cəlb olunan birbaşa xarici investisiyaların həcmi 1,569 milyard dollar olub ki, bu da əvvəlki illə müqayisədə 18,6% azdır.

Statistika Xidmətinin açıqlamasına görə, ötən il Gürcüstana ən çox investisiya yatıran ölkə Böyük Britaniya olub – 431,1 milyon dollar.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər