05 
Okt
2026
13:31
102

Parlament məktəblərdə pulsuz qidalanma proqramı ilə bağlı qanun layihəsini yenidən geri qaytarıb

Gürcüstan parlamenti dövlət məktəblərində pulsuz qidalanma proqramının tətbiqini nəzərdə tutan qanunvericilik təşəbbüsünü növbəti dəfə texniki çatışmazlıqlar səbəbindən geri qaytarıb.

InterPress.ge xəbər verir ki, ən azı 25 min seçicinin imzası ilə təqdim olunan və məktəblərdə pulsuz qidalanmanın tətbiqi məqsədilə “Ümumi təhsil haqqında” qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsi bu gün Parlament Bürosunun iclasında müzakirəyə çıxarılıb. Lakin layihənin aidiyyəti parlament komitəsinə göndərilməsi əvəzinə, Büdcə Ofisinin rəyi əsasında təşəbbüs qrupuna geri qaytarılıb.

Parlamentin Büdcə Ofisinin rəhbəri Andria Qvidianın sözlərinə görə, qanun layihəsində “Normativ aktlar haqqında” qanunun tələbləri ilə bir sıra uyğunsuzluqlar mövcuddur və çatışmazlıqların aradan qaldırılması zəruri idi.

Parlament Bürosu sentyabrın 21-də keçirilən iclasında da analoji qərar qəbul edib. Həmin vaxt da qanun layihəsi Büdcə Ofisinin rəyi əsasında təşəbbüskarlara geri qaytarılıb. Büdcə Ofisi Büroya məlumat verib ki, layihəyə maliyyə əsaslandırması əlavə edilməyib, maliyyə göstəriciləri və təxmini xərclər təqdim olunmayıb.

“Ümumi təhsil haqqında” qanuna dəyişikliklərin təşəbbüskarları Akaki Çikobava, Ana Kamladze, Giorgi Kartvelişvili, Giorgi Xasaya, Ekaterine Danelia, Vaxtanq Nişnilişvili, Tatia Verulaşvili, İna Çarkviani və Konstantine Çaçibayadır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər