Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Giorgoba bayramı münasibətilə 232 nəfəri əfv edib.
InterPress.ge xəbər verir ki, Prezident Administrasiyasının məlumatına görə, əfv 216 məhkum və həbsdən kənar cəza çəkən 16 nəfərə şamil olunub.
“Gürcüstan Prezidentinin Konstitusiya ilə ona verilmiş müstəsna səlahiyyətindən istifadə etməsi humanizm prinsipinə və dövlət maraqlarına əsaslanır”, – məlumatda qeyd olunub.
