Bu gün, 23 noyabr tarixində Gürcü Pravoslav Kilsəsi Müqəddəs Georginin çarx üzərində işgəncəyə məruz qalması gününü qeyd edir. Bununla əlaqədar olaraq, kilsələrdə bayram liturgiyaları keçiriləcək.
InterPress.ge xəbər verir ki, Müqəddəs Georgi III əsrin ikinci yarısında Kapadokiyada varlı xristian ailəsində dünyaya gəlib. Daha sonra Roma imperatoru Diokletianın hakimiyyəti dövründə sərkərdə olub. Xristianlara qarşı təqiblər başlayanda o, imperatora qarşı çıxıb. Bütpərəst Roma imperatoru Müqəddəs Georgidən Məsihi inkar etməsini tələb edib.
Rəbbin köməyi ilə o, çarx üzərində işgəncə də daxil olmaqla, çoxsaylı əzablara dözüb. Onun xahişi ilə Allah ölünü dirildib. 303-cü ildə müqəddəsin başı kəsilərək edam edilib. Müqəddəs Georgi 30 yaşında şəhid olub. O, kilsə tarixinə zəfər çalan və məğlubedilməz səmavi döyüşçü kimi daxil olub.
Kilsə Müqəddəs Georginin xatirəsini ildə iki dəfə qeyd edir. 6 may müqəddəsin şəhid olduğu gündür.
