Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Paşinyan: “Yeni konstitusiya qəbul edildikdən sonra Azərbaycanla sülh müqaviləsini imzalayıb ratifikasiya edəcəyik”

5
Paşinyan: Ermənistan və Azərbaycan arasında sülh sazişinin 2031-ci ilədək imzalanması və ratifikasiyası hədəflənir
Dinləmək üçün basın

“Bu məsələdə siyasətçi və insan kimi mənə olan bütün etimadı, eləcə də bütün mənəvi nüfuzumu ortaya qoyur və bəyan edirəm ki, yeni konstitusiya qəbul edildikdən sonra biz yalnız Azərbaycanla sülh müqaviləsini imzalayıb ratifikasiya etməyəcəyik, həm də institusional, möhkəm və dönməz sülh bərqərar edəcəyik”.

InterPress.ge xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan yeni konstitusiya layihəsi ilə bağlı xalqa müraciət edərkən bildirib.

Onun sözlərinə görə, bu, təkcə ölkədə institusional sülhün təmin olunacağına görə deyil, həm də sülh və müstəqilliyin, sülh və dövlətçiliyin mövcud olacağına görə görünməmiş və tarixi vəziyyətdir.

“Bizim məqsədimiz Ermənistan Respublikasını torpaqda qazılmış səngərdən sülhün kəsişmə nöqtəsinə çevirməkdir – elə bir ölkəyə ki, onun ordusu da olacaq və dövlət sərhədlərinin, beynəlxalq səviyyədə tanınmış ərazisinin toxunulmazlığını müstəqil şəkildə qoruya biləcək”, – Paşinyan qeyd edib.

Xatırladaq ki, Ermənistan hökuməti yeni konstitusiya layihəsini xüsusi olaraq bu məqsədlə yaradılmış internet saytında dərc edib.

Xəbəri qiymətləndir

Son xəbərlər

Salome Samadaşvili: Surroqatlığın tam qadağan edilməsinin heç bir əsası yoxdurErmənistan hökuməti yeni konstitusiya layihəsini dərc edibGürcüstanda surroqat analıq proqramları nə qədər başa gəlir və surroqat ana nə qədər qazanır?Bu gün Gürcü Pravoslav Kilsəsi Giorgoba bayramını qeyd edir232 nəfəri məhkum əfv edildiSon xəbərlərə bax →