05 
Okt
2026
13:26
91

Polis 40 kiloqrama yaxın narkotik vasitənin satışının qarşısını alıb – 14 milyon laridən çox dəyərində narkotik müsadirə edilib

Gürcüstan Daxili İşlər Nazirliyinin İmereti Polis Departamentinin əməkdaşları tərəfindən həyata keçirilən kompleks əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində narkotik cinayətləri ilə məşğul olan mütəşəkkil qrup müəyyən edilib və 40 kiloqrama yaxın narkotik vasitənin satışının qarşısı alınıb.

InterPress.ge xəbər verir ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, müsadirə olunan narkotik vasitələrin “qara bazar”da ehtimal olunan ümumi dəyəri 14 milyon laridən çoxdur.

“İstintaqla müəyyən edilib ki, saxlanılan iki xarici ölkə vətəndaşı narkotik vasitələrin satış sxeminə cəlb olunub. Onlar narkotikləri Gürcüstanın bir neçə regionunda əvvəlcədən seçilmiş yerlərdə yerləşdirir, daha sonra müvafiq koordinatları və həmin ərazinin görüntüsünü əks etdirən fotoları maraqlı şəxslərə göndərirdilər.

Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxslərin üzərində apardıqları şəxsi axtarış və onların göstərdikləri yerlərin yoxlanılması nəticəsində maddi sübut qismində 117 bağlamada qablaşdırılmış, 12 kiloqrama yaxın “metadon” və 267 bağlamada qablaşdırılmış, 28 kiloqrama yaxın “haşiş” aşkar edərək müsadirə ediblər.

Araşdırma Gürcüstan Cinayət Məcəlləsinin 260-cı və 260¹-ci maddələri ilə aparılır. Sözügedən cinayətlərə görə 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Daxili İşlər Nazirliyinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi, yayılması və satışına qarşı mübarizəni ölkə miqyasında fəal şəkildə davam etdirirlər”, – deyə məlumatda bildirilib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər