Poniçalada, ehtimal ki, təbii qazın toplanması nəticəsində yaşayış binasında partlayış baş verən ərazidə xilasedicilər dağıntılar altından daha bir nəfərin meyitini çıxarıblar. Ölən şəxsin kişi olduğu bildirilir.
InterPress.ge xəbər verir ki, hazırda dağıntılar altından ümumilikdə 5 nəfərin meyiti çıxarılıb.
Xilasedicilər hazırda dağıntılar altında uşağı axtarırlar.
Bir neçə saat əvvəl isə xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarmışdılar.
