17 
Sen
2020
15:45
1714

Gürcüstanda daha sərt məhdudiyyətlər tədbiq oluna bilər mi? - Baş Nazir danışdı

“Koronavirusa yoluxanların sayının günbəgün artmasına baxmayaraq , ölkədə daha sərt məhdudiyyət və bağlanma olmayacaq.

İnterPress.ge xəbər verir ki, bu haqda Qiorqi Qaxaria bildirib.

"Son zamanlarda yoluxanların sayının artmasına baxmayaraq, vəziyyət tamamilə nəzarət altındadır və ən əsası idarəolunandır. Onu da vurğulamaq istərdim ki, ilk mərhələdə sərt tədbirlər, məhdudiyyətlər, fövqəladə vəziyyət onlarla vətəndaşımızın həyatını xilas etmək və iqtisadiyyata daha az ziyan vurmaq idi, çünki o dövrdə virus haqqında heç bir məlumat yox idi və vaxtında virusu tanımalı və qarşısını almalı idik. Və göz önəndədir ki, biz qazandıq! “ dedi Qiorqi Qaxaria

Onun sözlərinə görə, Gürcüstanda artıq ciddi, sistemli məhdudiyyətlər planlaşdırılmır.

“Vurğulamaq istəyirəm ki, daha ciddi bağlanma və məhdudiyyət olmayacaq. Uyğunlaşma siyasətimizin əsas komponenti budur ki, bu mərhələdə virusun yayılması ilə hədəfli bir şəkildə mübarizə aparmalıyıq. Bunlar bəzi yerli məhdudiyyətlər ola bilər, ancaq yazda olduğu məhdudiyyətlərin tədbiq olunması təkrarlanmayacaq" dedi Qaxariya.

Bizimlə əlaqə saxlayın