08 
Sen
2020
11:55
1082

Adjara artıq qırmızı zonaya çevrilib ? - AÇIQLAMA

"Yoluxma hallarının artım sayı Gürcüstanda yoluxma halının intensiv hal aldığını və idarəli artımı şübhə altına qoyduğunu göstərir".

İnterPress.ge xəbər verir ki, bu haqda Yoluxucu xəstəliklər xəstəxanasının tibb direktoru Marina Ezuqbaia öz açıqlamasında bildirib.

"Düzdür, bu statistika ilə ölkəmiz yaşıl zona olaraq qalmaqdadır. Çünki yoluxma halı 10 dan aşağıdır. Lakin 45 yeni hal Gürcüstanda ilk dəfə baş verdi. Buradan irəli gələrək deyə bilərik ki, virusun yayılması intensiv xarakter alıb və idarəli artımı şübhə altına qoyur
Acarada vəziyyət gərgindir. Burada vəziyyət 42. 4-dür. Bu isə onu göstərir ki, Acara artıq qırmızı zonaya çevrilib və burada yəqinki əlavə tədbirlər görülməli olacaq. Tövsiyyələrə riayət mexanizmi gücləndirilməli və testlərin genişləndirilməsi lazımdır" dedi Ezuqbaia.

Bizimlə əlaqə saxlayın