08 
Sen
2020
11:24
483

Parlament sədri Arçil Talakvadze özünütəcrid rejimini sona çatdırdı

Parlament sədri Arçil Talakvadze özünütəcrid rejimini sona çatdırdı.

İnterPress.ge xəbər verir ki, o, bu gündən özünütəcrid rejimindən çıxaraq parlamentə və seçki kampaniyasına qayıdır.

"Məndə Covid-19 aşkarlanmadığına baxmayaraq bir neçə gün özümü təcrid etdim. İndi isə parlamentə və seçki kompaniyasına qayıdıram. Hamımız bir-birimizin qayğısına qalmalıyıq və bir-birimizin təhlükəsizliyini təmin etməliyik" dedi Talakvadze.

"Mühafizəçimin sağlamlığı ilə hər gün maraqlanırdım. Sevindirici haldır ki, onun müalicəsi heç bir çətinlik yaşamadan davam edir. Ona tezliklə sağlamlığına qovuşmasını arzulayıram.

Maskadan istifadə və gigiyena qaydalarına riayət etmək məni və ətrafımdakı hər kəsi virusa yoluxmaqdan qorudu. Əhaliyə müraciət edirəm ki, maskadan istifadə etsinlər, məsafə qorusunlar və gigiyena qaydalarına riayət etsinlər " Arçil Talakvadze bildirdi

Bizimlə əlaqə saxlayın