18 
Fev
2020
22:23
1041

Gürücüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi ödənişsiz kurslara start verdi

Gürücüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi ödənişsiz kurslarda iştirak etmək istəyənlər üçün qeydiyyata başlayıb.

InterPress.ge xəbər verir ki, GAİM aşağıdakı kurslar üzrə qeydiyyatı açıq elan edib.

Azərbaycan və gürcü milli rəqsləri (Yaş 12-17 qrupları üçün)

Futbol (7-16 yaşında olan yeniyetmələr).

Azərbaycan və gürcü milli rəqsləri həftənin bazar ertəsi (saat 15:00-17:00), şənbə və bazar (saat 14:00-16:00) günləri (I, VI, VII).

Futbol dəsrsləri isə həftənin II, IV, VI günləri (saat 15:00-17:00) keçiriləcək.

Qeyd edək ki, İştirak ödənişsizdir. Məşğələlər həftədə üç dəfə yüksək ixtisaslı müəllimlər tərəfindən həyata keçiriləcəkdir.

Qeydiyyatın son müraciət tarixi mart ayının 1-nə kimidir.

Ünvan: Gürcüstan Respublikası, 3000, Marneuli şəhəri, Giorgi Mazniaşvili küç. 2., Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi (Ata Holding binası).

Bizimlə əlaqə saxlayın