13 
Mar
2024
21:59
391

Rusiyadan Ermənistanın KTMT-dən çıxmasına dair bəyanatlarına cavab gəldi

“Rusiya Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qarşı ultimatum və təhqiramiz ritorikasından narahatdır”.

InterPress.ge xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, İrəvanın səmərəsiz bəyanatları Ermənistan cəmiyyətinin şüuruna yeridilib.

“Bu gün Ermənistan rəhbərliyinin KTMT mövzusuna dair bəyanatlarında üstünlük təşkil edən və erməni cəmiyyətinin şüuruna sözün əsl mənasında yeridilmiş səmərəsiz, ultimativ və bəzən hətta təhqiredici tərzdə olan ritorikadan narahat olmaya bilmərik”, - deyə diplomat qeyd edib.

Zaxarova vurğulayıb ki, Moskva ölkələrin öz xarici siyasət kursunu, o cümlədən beynəlxalq və regional strukturlarda iştirak dərəcəsini müəyyən etmək hüququ ilə bağlı mübahisə etmir. O əlavə edib ki, bu, KTMT-yə də aiddir.

Məlumat üçün bildirək ki, martın 12-də Ermənistanın baş naziri Nikol Paşinyan qurumun Ermənistanın təhlükəsizliyinə sadiqliyini qənaətbəxş şəkildə müəyyən etmədiyi təqdirdə İrəvanın KTMT-dən çıxacağını bəyan edib.

Bizimlə əlaqə saxlayın