14 
Avq
2020
07:56
466

İsrail və BƏƏ arasında diplomatik əlaqələr bərpa edildi

ABŞ prezidenti Donald Tramp, İsrailin Baş Naziri Benyamin Netanyahu və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vəliəhd şahzadəsi Şeyx Məhəmməd Bin Zayidin İsrail ilə BƏƏ arasında diplomatik əlaqələrin qurulması barədə aparılan danışıqlar yekunlaşıb.

InterPress.ge xəbər verir ki, danışıqların sonunda iki ölkə arasında diplomatik əlaqələrin qurulması barədə razılıq əldə edilib.

İsrailin Baş Naziri Beynyamin Netanyahu tərəflər arasında razılığın əldə edilməsini tarixi məqam adlandırıb.

“Bu, Yaxın Şərqin həyatında tarixi bir məqamdır. Menaxem Begin Misirlə, İshaq Rabin isə İordaniya ilə sülh müqaviləsi imzalamışdı və uzun illər davam edən böyük səylərdən sonra üçüncü bir ərəb ölkəsi ilə sülh müqaviləsi bağlandığını elan etməkdən şərəf duyuram”.

Əldə olunan razılaşmaya baxmayaraq BƏƏ Qüdsdə səfirlik açmağı planlaşdırmır. Bunu Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər üzrə dövlət naziri Ənvər Qarqaş bəyan edib. Onun sözlərinə görə, buna səbəb İsrail və Fələstin arasında mövcud münasibətlərdir.

BƏƏ-nin vəliəhd şahzadəsi isə bildirib ki, razılıq Yaxın Şərqin inkişafına xidmət edəcək və İsrailin Fələstin torpaqlarını ilhaqının qarşısını alacaq.

Bizimlə əlaqə saxlayın