11 
Avq
2020
09:08
1383

Gürcüstanda sərt karantin tətbiq edilən bələdiyyədə son vəziyyət açıqlandı

Daxili İşlər Nazirliyinin şəxsi heyəti, İdarələrarası Koordinasiya Şurasının verdiyi qərara əsasən, yüksək epidemioloji risk səbəbiylə 24 saat Mestia Bələdiyyəsinə tətbiq olunan karantin məhdudiyyətlərinə nəzarət edəcəkdir.

InterPress.ge xəbər verir ki, bu barədə DİN məlumat yayır.

Onların sözlərinə görə, hazırda bələdiyyədəki vəziyyət qənaətbəxşdir, gecə dinc keçdi və vəziyyət tam nəzarət altındadır.

“Daxili İşlər Nazirliyinin əməkdaşları ictimai asayişi və təhlükəsizliyi qorumaq üçün intensiv patrul xidmətindədirlər. Ötən gecə qanun mühafizəçiləri yerli əhalini, eləcə də sözügedən ərazidə olan qonaqları karantin məhdudiyyətləri barədə məlumatlandırdılar və lazım olduqda onlara mümkün qədər kömək etdilər.

Xatırladaq ki, Agentliklərarası Koordinasiya Şurasının dünən, 10 avqust tarixli qərarı ilə, yüksək epidemioloji riskə görə Mestia Bələdiyyəsinə giriş və çıxış məhdudlaşdırıldı", - deyə DİNdən verilən açıqlamada bildirilir.

Bizimlə əlaqə saxlayın