18 
Dek
2023
08:53
2765

Taksi sürücüsünün öldürülüb Marneulidə basdırılması ilə bağlı detallı təfərrüatları ortaya çıxdı - VİDEO

Xüsusi amansızlıqla öldürülən taksi sürücüsünün qətli ilə bağlı yeni təfərrüatlar məlum olub.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyim məlumatına əsasən, taksi sürücüsünün qətli əvvəlvədən planlaşdırılıb. 

DİN-dən bildirilir ki, 2023 cü il 21 may tarixində Daxili İşlər Nazirliyinə taksi sürücüsünüm itkin düşməsi ilə bağlı məlumat daxil olub. Bundan sonra taksi sürücüsünün avtomobilinə yerləşdirilmiş GPS sistemi vasitəsilə avtomobilin yeri təyin edilib. DİN tərəfindən aparılmış istintaq tədbirləri vasitəsilə qətli törədən şəxslərin kimliyi məlum olub.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər N.M ; R.M və R.Q qətl hadisəsini avtomobili mənimsəmək məqsədilə əvvəlcədən planlayıb. Onlar mayın 21-də gecə saatlarında Tbilisi şəhərinə gedərək orada taksi sürücüsünü saxladaraq onları Marneuli rayonuna aparması üçün razılığa gəliblər. Daha sonra Tetricğaro bələdiyyəsinin Marabda kəndində taksi sürücüsü Ş.L həmin şəxslərin istəyi ilə avtomobilini saxlayıb. Avtomobili saxladıqdan dərhal sonra Ş.L -nı N.M dəmir kabel vasitəsilə boğaraq , digər iki şəxs isə çoxsaylı xəsarətlər yetirirərək öldürüb. Daha sonra meyiti Marneuli rayonuna apararaq çay kənarı tənhalıq bir ərazidə quyuya basdırıblar. Avtomobili isə N.M və R.M qardaşları sökərək hissələrə bölüblər.

2023-cü il 22 may tarixində N.M və R.M təqsirləndirilən şəxs qismində saxlanılıblar. Saxlanılan şəxslər törətdikləri cinayəti etiraf ediblər. Rustavi Şəhər Məhkəməsi onları təqsirli bilib. Məhkəmə N.M üçün 20 il azadlıqdan məhrumetmə cəzası müəyyən edib. R.M isə azyaşlı olduğundan “Yetkinlik yaşına çatmayanların ədalət mühakiməsi” məcəlləsinin tələblərinə uyğun olaraq, 12 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. 

Cinayətdə iştirak etmiş digər şəxsin axtarışları isə davam edir.

Faktla bağlı Cinayət Məcəlləsinin ağırlaşdırıcı şəraitdə qəsdən adam öldürmə maddəsi (109-cu maddə) ilə istintaq başlanılıb.

Bizimlə əlaqə saxlayın