15 
Fev
2020
15:20
2595

Daxili İşlər Nazirliyi Marneulidə səyyar xidmətlər göstərməyə başladı

Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) Marneuli şəhərində səyyar xidmətlər göstərməyə başlayıb.

İnterPress.ge xəbər verir ki, DİN-in Vahid Xidmətlər Mərkəzinin mobil səyyar filialı “vahid pəncərə” sistemi üzrə fəaliyyət göstərir.

Marneuli sakinləri mart ayının 7-dək müasir avadanlıq və elektron tətbiqlərlə təchiz olunan xüsusi furqonda sürücülük vəsiqəsinin dəyişdirilməsi, dövlət nömrə nişanının qeydiyyata alınması, cərimələrin ödənilməsi və digər bu kimi 50-yə yaxın xidmətdən istifadə edə biləcəklər.

Anoloji mobil səyyar filial Borjomidə də fəaliyyət göstərir. DİN-in səyyar filialları ilk olaraq ötən ilin noyabrında Kaxeti və İmereti bölgələrində vətəndaşlara xidmətlər göstərib.

Layihənin məqsədi polis xidmətlərinə əlçatanlığın artırılmasıdır.(report)

Bizimlə əlaqə saxlayın