14 
Fev
2020
22:38
2408

DİN Dmanisidə öldürülən qadının qatilini saxladı - VİDEO

Daxili İşlər nazirliyi Dmanisi bələdiyyəsinin Qantiadi kəndində baş vermiş ölüm hadisəsi ilə bağlı 1 nəfəri yaxalayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin saytında məlumat verilib.

Ölən şəxsin qonşuları bu səhər qadının cəsədini evindən bir neçə metr aralıda aşkar ediblər. Daha sonra hadisə yerinə polis gəlib və bir neçə saatdan sonra Qantiadi kəndinin sakini olan 38 yaşlı kişi qətl ittihamı ilə saxlanıldı.

İstintaqla təsdiq olundu ki, həbs olunan 13 fevral tarixində 1963 cü il təvəllüdlü vətəndaşın baş nahiyəsinə küt alətlə vuraraq öldürüb və hadisə yerindən qaçıb.

DİN-dən qeyd edilir ki, əvvəllər həmin şəxs dəfələrlə mühakimə olunub və hazırda şərti cəza çəkir.

İş üzrə istintaq 7 ildən 15 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası verən "qəsdən adam öldürmə" maddəsi ilə davam edir.

Bizimlə əlaqə saxlayın