21 
Iyl
2020
11:52
2825

DİN ötən gün Marneulidə baş verən dəhşətli hadisənin təfərrüatlarını açıqladı - saxlanılanlar var

Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis İdarəsinin Əməliyyat şöbəsinin əməkdaşları, keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Marneuli Bələdiyyəsinin Kəpənəkçi kəndinin 4 gənc sakini saxlayıb.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Saxlanılan gənclər öncədən razılaşdırılaraq qrup halında qanunsuz olaraq Keşəli kənd sakini olan 1996-cı il təvəllüdlü şəxsi azadlıqdan məhrum etməkdə ittiham olunurlar.

İstinaqla müəyyən olunub ki, cari ilin 15 iyul tarixində təqsirləndirilən şəxslər Marneuli Bələdiyyəsinin Keşəli kəndi sakini qisas zəminində qanunsuz olaraq saxlayıblar. Həmin şəxs Kəpənəkçi kəndinə avtomobillə zorla gətirilib və kəndindəki vətəndaşlardan birinin evinə aparıblar, orada fiziki zorakılıq edilib. Bundan sonra müttəhimlər sözü gedən şəxsi kəndin mərkəzi meydanına aparıblar və orada da fiziki cəhətdən zorakılıq ediblər.

Saxlanılan şəxslərin günahı sübuta yetirilərsə, onları 7 ildən 10 ilədək həbs cəzası gözləyir.

Qeyd edək ki, yerli sakinlərin məlumatına əsasən, Kəpənəkçi kəndindəki insident namus üstündə baş verib.

Bizimlə əlaqə saxlayın