19 
May
2023
18:40
341

Rusiya Dövlət Dumasının deputatı Rusiya ilə Gürcüstan arasında diplomatik münasibətlərin bərpa olunacağını istisna etmir

Rusiya Dövlət Dumasının deputatı Sergey Qavrilov Rusiya ilə Gürcüstan arasında diplomatik münasibətlərin bərpa olunacağını istisna etmir. 

InterPress.ge xəbər verir ki, bu barədə “Rossiyskaya qazeta”ya rusiyalı deputat məlumat verib.

"Biz inanırıq ki, Rusiya-Gürcüstan münasibətlərinin inkişafında növbəti addım diplomatik münasibətlərin bərpası, səfirlərin mübadiləsi olacaq", - Qavrilov bildirib.

Onun sözlərinə görə, bu, digər məsələlərlə yanaşı, iki ölkə vətəndaşlarına tam konsulluq dəstəyi göstərməyə imkan verəcək.

“Belə bir addımın mümkünlüyünü Gürcüstanın Ukrayna məsələsində təmkinli mövqeyi, demokratik prinsiplərə sadiqliyi göstərir. Xalqlarımızı sıx münasibətlər birləşdirir, bizim ümumi mənəvi-əxlaqi dəyərlərimiz, mədəniyyətimiz var”, - deyə Sergey Qavrilov bildirib.

Xatırladaq ki, 2019-cu ildə Rusiya Federasiyası öz qərarı ilə Gürcüstanla uçuşları ləğv etdikdən sonra bu gün ilk dəfə Rusiya təyyarəsi Tbilisi hava limanına eniş edib. Gürcüstanla Rusiya arasında uçuşların bərpası barədə qərarı bu ilin mayında Rusiya prezidenti Vladimir Putin verib.

Bizimlə əlaqə saxlayın