20 
Iyl
2020
09:09
1160

Rəfiqəsini soyuq silahla öldünən qadın saxlanıldı

Daxili İşlər Nazirliyinin İmereti, Raca Leçxumi və Aşağı Svanetinin polis departamentinin və Kutaisinin şəhər bölməsinin əməkdaşları birlikdə keçirdikləri operativ istintaq axtarış tədbirləri nəticəsində 1975-ci il təvəllüdlü vətəndaşı qəsdlə adam öldürmə ittihamı ilə həbs ediblər.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat verib.

İstintaqla təsdiq olundu ki, 18 iyul tarixində müttəhim Kutaisidə, Zviad Qamsaxurdiya küçəsində öz 1989-cu il doğumlu rəfiqəsinin evinə qonaq gedib. 2 rəfiqə arasında baş verən sözlü qarşıdurma nəticəsində 1975-ci il təvəllüdlü qadın 1989-cu il doğumlu rəfiqəsinə soyuq silahla bir neçə dəfə xəsarət yetirib və hadisə yerindən qaçıb. Qadın hadisə yerində dünyasını dəyişib.

inayətdə istifadə edilən bıçaq dəlil olaraq götürülüb. Həbs olunan günahını etiraf edir.

İstintaq qəsdlə adam öldürmə maddəsi Gürcüstan cinayət Məcəlləsinin 108 maddəsi ilə başladılıb. Cinayət 7 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər