03 
May
2023
23:15
426

Kreml: "Gecə saatlarında prezident Vladimir Putini öldürmək cəhdinin qarşısını alınıb"

 Rusiya gecə saatlarında prezident Vladimir Putini öldürmək cəhdinin qarşısını alıb. Rəsmi Moskva Ukraynanı Putini öldürməyə cəhddə ittiham edir.

InterPress.ge xəbər verir ki, bu barədə
Kreml məlumat yayır.

“Çərşənbə günü gecə Kiyev rejimi pilotsuz uçuş aparatı vasitəsilə Rusiya prezidenti Vladimir Putinin Kreml iqamətgahına hücum etməyə cəhd edib”, - Kremlin açıqlamasında deyilir.

Bundan əlavə, Kremlin bəyanatında qeyd edilir ki, hücumu “planlaşdırılmış terror aktı” hesab edir.

Kremlə əsaslanan media iddia edir ki, Kremlə hücumda iki pilotsuz təyyarədən istifadə edilib, lakin Rusiya Müdafiə Qüvvələri onları sıradan çıxara bilib.

Kremlin məlumatına görə, Putin sözügedən iqamətgahda olmayıb, o, Moskva yaxınlığındakı Novo Oqaryovo iqamətgahında olub. Bundan əlavə, KİV Rusiya paytaxtının icazəsiz mülki pilotsuz uçuş aparatlarından istifadəni qadağan etdiyini yazır.

Bizimlə əlaqə saxlayın