14 
Iyl
2020
16:28
2130

Gürcüstanda oğru dünyasının üzvləri saxlanıldı - VİDEO

Tbilisi polis idarəsinin əməkdaşları, "oğru dünyası"na üzv olmaq və qrup halında qəsb etmə ittihamı ilə həyata keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində 1971, 1968 və 1973-cu il doğumlu şəxsləri saxlayıb.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilir.

Məlumata görə, kriminal avtoritetlər və oğru aləminin üzvləri Tbilisidə avtodayanacaq "Okriba"nın yaxınlığında özüməşğul insanlardan fiziki təzyiqlə, hədə qorxu ilə hər ay müəyyən miqdarda pul tələb ediblər.

Faktla bağlı Gürcüstan cinayət Məcəlləsinin 223-cü prima maddəsinin 1-ci hissəsiilə və 181-ci maddəsinin 2-ci hissəsinin "A" altbəndi ilə aparılır.

Cinayət 7 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın