Gürcüstanda havalar nə vaxt istiləşəcək - Sinoptiklər açıqladı
Gürcüstanda şaxtalı hava şəraiti daha bir həftə davam edəcək, ölkə ərazisində fevralın 19-dan istiləşmə gözlənilir.
InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyindən məlumat verilib.
Hava proqnozlarına görə, Gürcüstan ərazisində hava şəraiti fevralın 15-dək şaxtalı və qeyri-sabit qalır - ölkənin əksər yerlərində yağış yağacağı gözlənilir. Qara dəniz sahilindəki fırtına 4-5 bala çatacaq. Dağlarda və yüksək dağlıq ərazilərdə qar, duman, qar fırtınası və uçqun təhlükəsi gözlənilir.
Gürcüstanın şərqində cümə axşamı gecə havanın temperaturu mənfi 8 dərəcəyə, cümə günü mənfi 4 dərəcəyə enəcək. Günortadan sonra havanın istiliyi artaraq 8-9 dərəcəyə qədər isti olacaq. Qərbdə gecə temperatur mənfi 1 dərəcə, gündüz isə 9 dərəcə isti olacaq. Dağlarda və yüksək dağlıq ərazilərdə gecə mənfi 13 dərəcəyədək düşəcəyi, gündüz isə mənfi 2 olacaq bildirilir.
Bildirilir ki, bu qış, Gürcüstanda havanın orta temperaturu normadan bir dərəcə yüksəkdir, yağıntılar isə normal həddədir.
Qeyd edək ki, Gürcüstanda son illərin ən soyuq qışı 2011-ci ildə olub.