12 
Fev
2020
21:01
1194

Marneulinin sabiq icra başçısı məhkəmənin hökmündən danışdı

“Məhkəmənin düzgün qərar qəbul edəcəyinə ümid etsəm də, mənə bəraətin verilməsi gözlənilməz oldu”.

InterPress.ge xəbər verir ki, bu barədə Marneuli şəhərinin sabiq icra başçısı Temur Abazov açıqlamasında bildirib.

O deyib ki, iki ilə yaxın davam edən məhkəmə prosesində 100 nəfərdən çox şəxs ifadə verib: “Mənə qarşı irəli sürülən ittihamların heç biri təsdiqini tapmadı. Məhkəmə ilə sübut olundu ki, ittihamların hamısı əsassız olub. Cinayət əməlində mənim adımın hallanması yalnız Elçin Allahverdiyevin şəxsi maraqlarına cavab verib”.

T.Abazov gələcək planları və siyasətə qayıdıb-qayıtmayacağı ilə bağlı sualı da cavabandırıb. O, məhkəmənin qərarı ilə iki saat öncə tanış olduğunu deyib: “Bildiyiniz kimi, Gürcüstanın Pauerliftinq Federasiyasının vitse-prezidenti vəzifəsində çalışıram. Bu vəzifəyə dörd il müddətinə seçilmişəm. Digər gələcək planlar barədə düşünməyə hələ vaxtım olmayıb. Bu barədə fikirləşəcəyəm və inanıram ki, ən doğru addımı atacağam”.

Qeyd edək ki, bu gün Rustavi Şəhər Məhkəməsinin qərarı ilə T.Abazov bəraət alıb.(report)

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər