04 
Fev
2023
17:45
531

Dmitri Medvedev: "Kiyev Krıma hücum etsə, bütün Ukrayna yanacaq"

 Kiyev Krıma hücum etsə, bütün Ukrayna yanacaq.

InterPress.ge xəbər verir ki, bu barədə
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.

“Belə olan halda heç bir danışıqlar olmayacaq, yalnız cavab zərbələri olacaq. Kiyevin hakimiyyəti altında qalacaq bütün Ukrayna yanacaq”, - Medvedev Krıma endirilən zərbələrin Rusiyanı Ukrayna ilə danışıqlara başlamağa məcbur edib-etməyəcəyi sualına cavab verib.

Eyni zamanda Medvedev bildirib ki, Moskva təhdid xarakterini əsas götürərək, hər cür silahdan istifadə etməyə hazırdır.

“Biz özümüzə qarşı məhdudiyyətlər qoymuruq və təhlükənin xarakterindən asılı olaraq, nüvə silahından çəkindirmə prinsipləri də daxil olmaqla, doktrinal sənədlərimizə uyğun olaraq bütün növ silahlardan istifadə etməyə hazırıq. Sizi əmin edirəm ki, cavab tez, sərt və inandırıcı olacaq”, - Medvedev bildirib.

Bizimlə əlaqə saxlayın