28 
Iyn
2020
17:34
500

Roman Qoçiridze: "Biz sabah baş tutacaq səs vermədə iştirak etməyəcəyik"

“Vahid Milli Hərəkat” partiyası sabah baş tutacaq konstitusiya dəyişikliyinin üçüncü oxunuşla səs vermə prosesində iştirak etməyəcək".

InterPress.ge xəbər verir ki, bu barədə Vahid Milli Hərəkat fraksiyasının sədri Roman Qoçiridze deyib.

Onun açıqlamasına görə, 8 mart razılaşması tam yerinə yetirilməlidir və bunu bütün beynəlxalq dostlar deyir.

Qoçiridzenin bildirdiyinə görə, razılaşmanın tam yerinə yetirilməsində Qiorqi Ruruanın azadlığa buraxılması və onun siyasi izlənilməsinə son qoymaq nəzərdə tutulur.

“Biz sabahkı səs vermə prosesində iştirak etməyəcəyik. Bütün beynəlxalq dostlar hamısı eyni fikri deyir, razılaşma tam yerinə yetirilməlidir. Son siyasi məhbus Qiorqi Rurua azad olunmalıdır. Gürcüstanda siyasi izlənməyə son qoyulmalıdır”, - desi Qoçiridze.

Qeyd edək ki, Konstitusiya dəyişikliyinin sabah üçüncü oxunuşu baş tutacaq və səs vermə prosesi keçiriləcək.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər