15 
Sen
2022
15:48
695

Avqustda Rusiyadan Gürcüstana pul köçürmələri artıb

Bu ilin avqustunda Gürcüstana 334,3 milyon ABŞ dolları məbləğində pul köçürmələri daxil olub ki, bu da 2021-ci ilin avqustundaki 204,9 milyon dollar göstəricisindən 63,1% çoxdur.

lnterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankı məlumat yayıb.

Pul köçürmələrinin həcminə görə Rusiya hələ də birinci yerdədir, xüsusən də avqustda, Rusiyadan pul köçürmələri 110,9 milyon dollar təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 194,6%, yəni 37,65 milyon dollar çoxdur. Köçürülən ümumi məbləğdə Rusiyanın payı 33% təşkil edir.

2022-ci ilin avqust ayında ən çox pul köçürülən ilk 10 ölkə aşağıdakılardır:

Rusiya - 110,9 milyon dollar;
İtaliya - 36,59 milyon dollar;
ABŞ - 29,21 milyon dollar;
Yunanıstan - 18,76 milyon dollar;
İsrail - 17,98 milyon dollar;
Ermənistan - 16,90 milyon dollar;
Almaniya - 15,24 milyon dollar;
Qırğızıstan - 13,49 milyon dollar;
Qazaxıstan - 12,07 milyon dollar;
Türkiyə - 9,12 milyon dollar.

2022-ci ilin 8 ayında ölkəyə ümumilikdə 2 milyard 427 milyon ABŞ dolları məbləğində pul köçürmələri daxil olub.

Bu ilin avqust ayında Gürcüstandan xaricə 29,5 milyon ABŞ dolları göndərilib ki, bu da 2021-ci ilin avqust ayının analoji göstəricisindən (27,4 milyon ABŞ dolları) 7,6% çoxdur.

 

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər