15 
Sen
2022
12:28
699

Avqust ayında yaşayış minimumu artıb - Statistika

2022-ci ilin avqust ayında əvvəlki ayla müqayisədə yaşayış minimumu 1,5 lari artıb.

lnterPress.ge xəbər verir ki, bu barədə Milli Statistika Xidmətindən məlumat verilib.

Məlumata görə, ötən ay əmək qabiliyyətli şəxs üçün yaşayış minimumu 246,8 lari olduğu halda, 2022-ci ilin iyul ayında bu rəqəm 245,3 lari olub.

2022-ci ilin avqust ayında 2021-ci ilin eyni dövrü ilə müqayisədə əmək qabiliyyətli yaşda olan kişi üçün yaşayış minimumu 25,7 lari artıb. 2021-ci ilin avqustunda yaşayış minimumu 221,1 lari idi.

 Məlumat üçün qeyd edək ki, yaşayış minimumu minimum ərzaq səbəti əsasında müəyyən edilir. Minimum ərzaq səbəti əmək qabiliyyətinə malik olan şəxsin normal həyatı və əmək qabiliyyəti üçün fizioloji cəhətdən zəruri olan qidanın miqdarını, onun tərkib elementlərinin (zülallar, yağlar və karbohidratlar) minimum miqdarını və kaloriləri özündə əks etdirən müəyyən edilmiş normativ qida səbətidir.

Bundan əlavə, avqustda iyul ayı ilə müqayisədə orta istifadəçinin yaşayış minimumu 1,3 lari artaraq 217,3 lari əvəzinə 218,6 lari olub. 2021-ci ilin eyni dövrünə gəldikdə, 2021-ci ilin avqustunda orta istifadəçinin yaşayış minimumu 195,8 lari təşkil edib.

Bizimlə əlaqə saxlayın