15 
Sen
2022
11:34
1152

Gürcüstanda orta aylıq nominal əmək haqqı artıb

2022-ci ilin 2-ci rübündə Gürcüstanda orta aylıq nominal əmək haqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,1 faiz (213,3 lari) artaraq 1541,3 lari təşkil edib. 

lnterpress.ge xəbər verir ki, bu barədə məlumatı Milli Statistika Xidməti yayıb.

Fəaliyyət növlərinə görə aşağıdakı sahələrdə nisbətən yüksək əməkhaqqı müşahidə olunub:

İnformasiya və rabitə – 3 108,8 (43,1 faiz artıb);

Maliyyə və sığorta fəaliyyəti - 2 671,0 lari (əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 13,4 faiz artıb);

Tikinti - 2 177,6 lari (əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8,5 faiz artıb);

Mədənçıxarma sənayesi və karxanaların emalı - 2 026,4 lari (artım 16,6 faiz).

Məlumata görə, 2022-ci ilin II rübündə qadınların orta əmək haqqı 1240,6 lari, kişilərin isə 1828,4 lari müəyyən edilib. Əmək haqqının illik artımı qadınlarda 162,8 lari (15,1%), kişilərdə isə 268,5 lari (17,2%) təşkil edib. Fəaliyyət növlərinə görə, demək olar ki, bütün sahələrdə kişilərin əmək haqqı qadınların maaşından yüksək olub.

“2022-ci ilin 2-ci rübündə sahibkarlıq sektorunda muzdla çalışan işçilərin orta aylıq əmək haqqı 236,2 lari (17,0%) artaraq 1625,8 lari təşkil edib. Fəaliyyət növünə görə ən yüksək əmək haqqı incəsənət, informasiya və rabitə sahəsidir (3209,9 lari, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 45,3 faiz artıb).

2022-ci ilin II rübündə qeyri-sahibkarlıq və maliyyə sektorunda orta aylıq əmək haqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 170,2 lari (13,9%) artaraq 1 396,8 lari təşkil edib. Fəaliyyət növünə görə maliyyə və sığorta fəaliyyətində çalışanlar nisbətən yüksək orta əmək haqqına malikdirlər.

Tbilisi və Mtsxetamtianeti regionları orta əmək haqqının həcminə görə regionlarda liderdir”, - deyə məlumatında qeyd olunub.

 


 

Bizimlə əlaqə saxlayın