14 
Sen
2022
12:36
668

Xarici ölkə vətəndaşları tərəfindən Gürcüstana sığınacaq üçün müraciətlərin sayı artıb

Xarici ölkə vətəndaşları tərəfindən Gürcüstana sığınacaq üçün müraciətlərin sayı artıb. 

 lnterPress.ge xəbər verir ki, bu barədə Daxili işlər nazirinin müavini bildirib.

Aleksandre Daraxvelidze sözügedən ərizə ilə bir neçə gün əvvəl müraciət edib.

Daxili İşlər Nazirliyinin rəsmi məlumatına görə, bu ilin birinci yarısında Gürcüstanda sığınacaq axtaran şəxs kimi qeydiyyata alınan vətəndaşların sayı 804 nəfər olub. Bu, ötən ilin ümumi göstəricisindən çoxdur. O cümlədən, 2021-ci ildə ümumilikdə 743 müraciət qeydə alınıb.

Ölkələrə gəlincə, bu ilin yanvar-iyun aylarında ən çox - 368 Ukrayna vətəndaşı Gürcüstanda sığınacaq axtaran şəxs kimi qeydiyyatdan keçib.

2022-ci ilin birinci yarısında vətəndaşları Gürcüstandan sığınacaq istəyən ilk 4 ölkənin siyahısı belədir:

Ukrayna - 368 vətəndaş;
Türkiyə - 96 vətəndaş;
İran - 79 vətəndaş;
Rusiya - 54 vətəndaş.

Bizimlə əlaqə saxlayın