05 
Iyl
2022
12:01
3848

“Sərhədlər açılmırsa, hökumət bununla bağlı xalqa izah verməlidir”, - Azərbaycanlı deputat


“Sərhədlər açılmırsa, hökumətin icra strukturlarından bununla bağlı xalqa izah verməlidir”.

InterPress.ge xəbər verir ki, bu sözləri millət vəkili Cavanşir Paşazadə deyib.

Millət vəkili quru sərhədlərin bağlı olmasının ciddi problemlər yaratdığını söyləyib:

“Sərhədlərin tezliklə açılmasının tərəfdarıyam. İnsanlar yay mövsümündə büdcələri az olsa da, qonşu ölkələrdə istirahət etmək istəyirlər. Yaxud, həmin ölkələrdə qohumları varsa, ora gediş-gəliş edirlər. Məsələn, Gürcüstanda, Türkiyədə həmyerlilərimizin sayı çoxdur. Bu kimi məsələlərə görə insanlar quru sərhədlərin açılmasını istəyir. Ona görə də sərhədlər tezliklə açılmalıdır. Açılmırsa, hökumətin icra strukturlarından biri bununla bağlı xalqa açıqlama verməlidir”.

Millət vəkili quru sərhədlərin hansı səbəbdən bağlı olmasıyla bağlı sualı belə cavablandırıb:

“Sərhədlərin bağlanması xəstəlikə bağlıdırsa, sərhədlərdə nəzarət gücləndirilməlidir. Sərhəd bölgələrində böyük xəstəxanalar tikilməlidir. Əgər siyasi məsələ ilə bağlıdırsa, yenə də müəyyən addımlar atılmalıdır. Əminəm ki, hökumət xalqının əziyyət çəkməsini istəməz”.

 

 

Bizimlə əlaqə saxlayın