29 
Iyn
2022
10:41
299

Vətəndaşı pul müqabilində dövlət qulluğunda yüksək vəzifəyə təyin edəcəyinə inandıran şəxs saxlanıldı

Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları başqasına məxsus külli miqdarda pul vəsaitini qanunsuz mənimsəməyə cəhd edən bir nəfəri saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə İstintaq Xidməti məlumat yayıb.

İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs şəxslərdən biri ilə əlaqə saxlayıb və pul müqabilində onu dövlət qulluğunda yüksək vəzifəyə işə düzəldəcəyinə inandırıb. Qeyd olunan cinayət niyyəti ilə təqsirləndirilən şəxs vətəndaşdan 5000 ABŞ dolları götürüb və bu zaman o, Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti tərəfindən saxlanılıb.

Qurumdan verilən məlumata görə, təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf edib.

Fakt Gürcüstan Cinayət Məcəlləsinin 19, 180-ci maddəsinin 3-cü hissəsinin “B” bəndi ilə araşdırılır ki, bu da 6 ildən 9 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər