06 
Fev
2020
21:39
1187

Polis avtomobil hissələrinin oğurlayan iki qardaş saxlayıb - VİDEO

Tbilisidə polis avtomobil hissələrini oğurlayan iki nəfəri saxlayıb.

InterPress.ge xəbər verir ki, bu haqda Daxili İşlər Nazirliyinin saytında məlumat verilib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, 27 yaşlı A.Ç. və 23 yaşlı G.Ç qardaşları saxlanılıb.

Belə ki, istintaqla müəyyən edilib ki, Tiflisin Nadzaladevski rayonunda, Tamaraşvili və Qulripşi küçələrində saxlanılanlar avtomobillərdən batareyaları oğurlayıblar.

Polis hadisədən bir neçə gün sonra təqsirləndirilən şəxsləri saxlayıb.

Saxlanılanlar Nadzaladevski rayonunda daha iki avtomobilin hissələrinin oğurlandığını etiraf ediblər. Polis oğurlanmış batareyaları dəlil olaraq ələ keçirib.

Faktla bağlı istintaq başlanılıb. İstintaq Gürcüstan Cinayət Məcəlləsinin "oğurluq" maddəsinə əsasən aparılır, müttəhimləri dörd ildən yeddi ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir.

Bizimlə əlaqə saxlayın