16 
Iyn
2020
13:24
873

DTX: Tbilisidə tutulan Rusiya vətəndaşı sifarişlə cinayət planlaşdırırdı

"Tbilisidə tutulan Rusiya vətəndaşı sifarişlə cinayət planlaşdırırdı".

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti (DTX) məlumat yayıb.

Dövlət Təhlükəsizliyi Xidməti bu barədə rəsmi açıqlamayı medianın, paytaxtın Saburto rayonunda iyunun 12-də tutulan çeçenin məşhur gürcü televiziya jurnalisti Giorgi Gabuniyanı Çeçenistan rəhbəri Ramzan Kadırovun adından sui-qəsd etməsini planlaşdırması ilə əlaqədar yayıldığı xəbərlərə cavab olaraq bəyanat yayıb.

Qeyd olunub ki, V.B. adlı vətəndaş sifarişli qətlin hazırlanması üzrə istintaq çərçivəsində saxlanılıb.

DTX hamını qeyri-dəqiq məlumatları yaymaqdan çəkinməyə çağırıb. Bildirilib ki, istintaq tədbirləri davam etdirilir və İnterpol vasitəsilə əlavə məlumatlar üçün sorğu göndərilib, şahidlər dindirilir.

Bizimlə əlaqə saxlayın