15 
Mar
2022
15:45
676

Rusiyanın Birinci Kanalının redaktoru: "Peşman deyiləm, amma gələcəkdə məni nə gözləyir bilmirəm"

''Etdiklərimdən peşman deyiləm! Nəticə nə olursa olsun, mən onu fəxri nişan kimi daşımağa hazıram''.

lnterPress.ge xəbər verir ki, bu barədə Marina Ovsyannikova tviter səhifəsində yazıb.

Ovsyannikova onu gələcəkdə nə gözlədiyi barədə məlumatı olmadığını, lakin vəkildən izahat aldığına görə onu 5 ildən 10 ilədək həbs cəzası gözləyə biləcəyini deyib.

“Məni  yaxın gələcəkdə nəyin gözlədiyini deyə bilmirəm. Vəkilim mənə izah etdi ki, cinayət qanunvericiliyinə görə məni 5 ildən 10 ilə qədər həbs gözləyir. Peşman deyiləm, amma dəstəyinizə ehtiyacım var”, -  deyə Ovsyannikova bildirib.

O, artıq sosial şəbəkədəki Birinci Kanalın keçmiş redaktoru olduğunu bildirdiyi  statusunu dəyişib.

Məlumat üçün bildirək ki, dünən Marina Ovsyannikova Rusiyanın Birinci Kanalının canlı yayımına müharibə əleyhinə bəyanatla və plakatla daxil olub.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər